Xamis Ağayev və başqalarından, İsmayıllı, Azərbaycan
06 oktyabr 2017, 17:45
Möhtərəm cənab Prezident,
Sizin İsmayıllıya xüsusi diqqət və qayğı ilə yanaşmağınız bizə böyük sevinc bəxş edir. Rayonumuzun sosial-iqtisadi problemlərinin həlli üçün davamlı olaraq çox vacib sərəncamlar verirsiniz. Bunlara görə bir daha Sizə minnətdarıq.
Lahıc qəsəbəsində 400 şagird yerlik məktəb binasının tikilməsi, Dəmirçi-Lahıc yolunun və qəsəbəyə qaz xəttinin çəkilməsi barədə oktyabrın 5-də imzaladığınız sərəncamlar bütün bölgə əhalisinə yeni sevinc bəxş edib. Bu sərəncamlarla Siz bir daha bütün ölkəyə bəyan etdiniz ki, xalqın qayğısına qalırsınız, milli maraqlar Sizin üçün hər şeydən üstündür, qədim tariximizi müasir dövr və gələcək üçün yaşatmaq, milli-mənəvi, tarixi, mədəni dəyərlərimizi qorumaq sosial siyasətinizin əsas xəttidir. Bu xətt Lahıc və onun ətrafındakı kəndlərin sürətli inkişafı, insanların bu qədim yaşayış məskənlərində həyatlarını inamla davam etdirməsi deməkdir. Eyni zamanda, Lahıcın dünya miqyasında tanıdılması, beynəlxalq turizm marşrutuna daxil edilməsi yoludur.
Möhtərəm cənab Prezident,
Bizə bəxş etdiyiniz firavan, sabit, təminatlı həyata, hər bir qayğımızı çəkdiyinizə görə bir daha Sizə minnətdarlığımızı bildirir, yorulmaz fəaliyyət, möhkəm cansağlığı, müstəqilliyimiz kimi əbədi xalq məhəbbəti arzulayırıq.
Dərin hörmət və böyük ehtiramla,
İsmayıllı ictimaiyyəti adından bir qrup ziyalı:
Xamis Ağayev
Təhsil veteranı,
Nəzər Əliyev
Xalq sənətkarı, misgər,
Ruhiyyə Mahmudova
“Tərəqqi” medallı müəllim,
Lətifə Əliyeva
“Tərəqqi” medallı jurnalist,
Əlaləm Babayev
Rayon veteranlar təşkilatının sədri,
Gözəl Osmanova
Dövlət qulluğu veteranı,
Elmira Soltanova
Qaraqaya kənd ümumi orta məktəbinin müəllimi,
Lətifə Həmidova
mətbuat işçisi,
Valeh Salehov
Dövlət qulluğu veteranı,
Hikmət Haqverdili
Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar Müəllim,
Yanvar Bədəlov
Əməkdar Mədəniyyət İşçisi,
Rövşən Əliyev
Lahıc bələdiyyəsinin sədri,
Hacıməmməd Məmmədov
“Tərəqqi” medallı müəllim.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.