logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

28 iyun 2011, 16:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №3, maddə 161) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bəndə “icazələrin” sözündən sonra “, habelə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin” sözləri əlavə edilsin.

2. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi; ”.

3. 4-cü bənd çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi