Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


03 oktyabr 2017, 17:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi¬ni rəhbər tutaraq qərara alıram:
1. Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutul¬muş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2.0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissə¬sində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2017-ci il.