Mehdi Ağayev və başqalarından, Sumqayıt, Azərbaycan
30 sentyabr 2017, 14:00
Hörmətli cənab Prezident,
Biz sumqayıtlılar Sizin tapşırıqlarınıza, imzaladığınız sərəncamlara, Dövlət proqramlarına uyğun olaraq şəhərimizdə görülən abadlıq-quruculuq işlərini çox bəyənirik. Çəkilən yollardan, salınan parklardan, bulvardan istifadə edən hər bir şəxs bu işlərdən ağızdolusu danışır. Çünki görülən işlər əhalinin rahat yaşayışının təmin olunmasına xidmət edir.
Möhtərəm cənab Prezident, şəhərimizin sosial-iqtisadi inkişafına göstərdiyiniz dəstəyə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin tərəfinizdən uğurla davam etdirilən siyasi kursu daim dəstəkləyirik.
Hörmətlə,
Ağayev Mehdi
Əliyev Afət
Məsimli Əfsanə
Abdullayeva Arzu
Abbasova Sara
Həsənli Şəhla.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.