Lumu Abdullayeva və başqalarından, İsmayıllı, Azərbaycan
25 sentyabr 2017, 15:00
Möhtərəm cənab Prezident,
Yaşadığımız binanın dam örtüyünün dəyişdirilməsi ilə bağlı Sizə müraciətimizə tez bir zamanda baxıldı və bu problemimiz öz müsbət həllini tapdı.
Ümumiyyətlə, son illərdə şəhərimizdə aparılan abadlıq və quruculuq işləri xüsusi səliqə ilə həyata keçirilir. Biz sakinlər də şəhərimizin gözəlləşməsi və abadlaşması ilə qürur duyuruq.
Hörmətli cənab Prezident, əlbəttə ki, biz bütün bunların Sizin rəhbərliyinizlə və tapşırıqlarınıza uyğun olaraq icra edildiyini çox yaxşı başa düşürük. Bu işlərə görə rayonumuzun sakinləri adından bir daha Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Abdullayeva Lumu İbad qızı
Əsədova Güldanə Ramazan qızı
Qurbanlı Təranə Abdulla qızı.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.