logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Text size icon-size icon-size

22 sentyabr 2017, 17:54

Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər qardaş xalqlarımızın iradəsinə uyğun olaraq daim qarşılıqlı inam, etimad və dəstək ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 sentyabr 2017-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi