Feyruz Həsənov və başqalarından, Masallı, Azərbaycan
Text size
15 sentyabr 2017, 18:30
Hörmətli cənab Prezident,
Masallı rayonunun Miyənkü kəndinin sakinləri respublikamızda həyata keçirilən siyasəti, sosial sahədə görülən işləri dəstəkləyir, qazanılan uğurları hər zaman təqdir edirlər. Biz masallılılar Sizin təşəbbüsünüzlə yaradılan “ASAN xidmət”in fəaliyyətindən çox razıyıq.
Hörmətli cənab Prezident, bütün bunlara görə kəndimizin sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Həsənov Feyruz Əlişan oğlu
Tahirov Vahid İman oğlu
Rəhmanov Arif Oruc oğlu
Rufullayev Sarıbala Qaraxan oğlu və başqaları.
Azərbaycan Respublikası, Masallı rayonu, Miyənkü kəndi.