logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab İvo Yosipoviçə

Text size icon-size icon-size

24 iyun 2011, 18:00

Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyun 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi