Hidayət Mustafayev və Tərqiyyə Əhmədovadan, Bakı, Azərbaycan
Text size
13 sentyabr 2017, 14:00
Hörmətli cənab Prezident,
Sizin tapşırıq və göstərişlərinizə uyğun olaraq, hazırda Binəqədi rayonunda abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Yaşayış binalarının dam örtükləri, zirzəmiləri və giriş-çıxışları təmir edilir, məhəllədaxili yollara asfalt örtüyü çəkilir.
Cənab Prezident, görülən bu işlərə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və müvəffəqiyyətlər arzu edirik. Biz hər zaman Sizinləyik.
Hörmətlə,
Mustafayev Hidayət Bağır oğlu
Əhmədova Tərqiyyə Hilal qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.