İlham Əliyev OMV və RWE şirkətlərinin idarə heyətlərinin sədrləri Gerhard Roissi və Yurgen Qrosman ilə görüşmüşdür
Text size
23 iyun 2011, 16:45
Prezident İlham Əliyev Brüsseldə Avstriyanın OMV və Almaniyanın RWE şirkətlərinin idarə heyətlərinin sədrləri Gerhard Roissi və Yurgen Qrosman ilə görüşmüşdür.
Görüşdə ölkəmiz ilə OMV və RWE şirkətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu, Azərbaycan qazının Avropaya nəqli və “Nabukko” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.