logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Text size icon-size icon-size

09 sentyabr 2017, 13:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşıladılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi