İlham Əliyev Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşmüşdür
Text size
23 iyun 2011, 16:20
Prezident İlham Əliyev Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulandı, Albaniyanın Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi qeyd edildi.
Həmçinin görüşdə Azərbaycanın Albaniyaya sərmayə yatırması, turizm, özəlləşdirmə və digər sahələrdə əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Bu məsələlərin müzakirəsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.