İlham Əliyevin və Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin görüşü olmuşdur
Text size
22 iyun 2011, 23:30
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, o cümlədən “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində həyata keçirilən layihələr və atılan addımlar ətrafında fikir mübadiləsi aparıldı.
Əməkdaşlığın genişləndirilməsinin yeni imkanlarının nəzərdən keçirildiyi görüşdə, həmçinin Assosiativ saziş üzrə aparılan danışıqların hazırkı vəziyyəti, viza rejiminin sadələşdirilməsi və digər məsələlər müzakirə olundu.