İlham Əliyev Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşü olmuşdur
22 iyun 2011, 21:10
Prezidenti İlham Əliyev Brüsseldə Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşmüşdür.
Avropa Parlamentinin sədri Yeji Buzek dövlət başçısı İlham Əliyevi səmimiyyətlə qarşıladı. Prezident İlham Əliyev və Yeji Buzek Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdirdilər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ilə Avropa İttifaqı arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi, “Şərq tərəfdaşlığı” Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Görüşdə, həmçinin Assosiativ saziş, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.