logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

Text size icon-size icon-size

16 avqust 2017, 17:35

Hörmətli cənab Prezident,

İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 avqust 2017-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi