GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
07 avqust 2017, 20:57
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə 2017-ci il martın 27-də Kiyev şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə GUAM-ın Katibliyinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2017-ci il.