Həsən Həsənovdan, Bakı, Azərbaycan
01 avqust 2017, 15:00
Möhtərəm cənab Prezident,
Biz - iki ildən sonra 100 yaşını qeyd edəcək Azərbaycanın anadilli ən qocaman və aparıcı kütləvi informasiya vasitəsi olan “Xalq qəzeti” redaksiyasının kollektivi Sizə növbəti dəfə dərin minnətdarlığımızı və təşəkkürümüzü çatdırırıq. Sizin təşəbbüsünüz və hərtərəfli dəstəyinizlə ərsəyə gələn “Jurnalistlər şəhərciyi”ndə istifadəyə verilmiş ikinci yaşayış binasında kollektivimizin 5 əməkdaşı mənzillə təmin edildi.
Cənab Prezident, Sizin xeyirxah təşəbbüslə çıxış etməyiniz, binaların tikilməsi, mənzillərin ədalətli bölgü əsasında paylanılması, böyük məsuliyyət tələb edən bu işin dövlətçiliyə və milli mətbuatımıza sədaqətli, prinsipial insanlara etibar edilməsi təqdirəlayiqdir. Kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli qayğı və dəstəyinizə, söz və mətbuat azadlığına dəyərli töhfələrinizə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın çiçəklənməsi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
“Xalq qəzeti”nin kollektivi adından
Həsənov Həsən
Baş redaktor
Azərbaycan Respublikası, Bakı şəhəri.