“Trend” Beynəlxalq İnformasiya Agentliyi, “Day.az”, “Milli.az” xəbər portalları və “Azernews” qəzetinin kollektivləri adından, Bakı, Azərbaycan


22 iyul 2017, 20:05
Möhtərəm cənab Prezident!
Sizin zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində ardıcıl gördüyünüz işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək, media işçilərinə qayğı və diqqətiniz dünya miqyasında bənzəri olmayan bir təcrübə, örnəkdir. Xüsusilə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tərəfinizdən imzalanan Sərəncam əsasında jurnalistlər üçün 255 mənzilli ikinci binanın inşa edilməsi nəinki media işçiləri tərəfindən, çoxmilyonlu xalqımız tərəfindən yüksək qarşılanmışdır. Bizlərə göstərdiyiniz bu qayğı və etimadı doğrultmaq üçün bundan sonra da Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətçiliyinin inkişafı, Vətənimizin rifahı, haqq sözümüzün dünyaya çatdırılması istiqamətində gördüyümüz işi daim var gücümüzlə davam etdirəcəyik.
Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, doğma Azərbaycanımızın gələcək inkişafı naminə gördüyünüz misilsiz işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
“Trend” Beynəlxalq İnformasiya Agentliyi, “Day.az”,
“Milli.az” xəbər portalları və “Azernews” qəzetinin kollektivləri
Azərbaycan Respublikası, Bakı şəhəri.