logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab III Beniqno Akinoya

Text size icon-size icon-size

11 iyun 2011, 16:00

Hörmətli cənab Prezident,

Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 may 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi