Mübariz Abbasov və başqalarından, Saatlı, Azərbaycan
Text size
21 iyul 2017, 11:20
Möhtərəm Prezident,
Sizin diqqət və qayğınız sayəsində kəndimizin əhalisini narahat edən bütün çətinliklər vaxtında aradan qaldırılır, həyat şəraitimiz xeyli yaxşılaşır. Əbilkənd və Cəfərxan avtomobil yolunun tikintisi də Sizin diqqət və qayğınızın bir nümunəsidir. Bundan əvvəl sakinlərimizin içməli su problemi həll olunduğu kimi, bu yolun tikintisi də onların rahat gediş-gəlişini təmin edir. Bütün sakinlər və öz adımızdan Sizə minnətdarlığımızı bildirir, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Abbasov Mübariz,
Səfərov Adil və başqaları
Azərbaycan Respublikası, Saatlı rayonu, Əbilkənd kəndi.