İlham Əliyev Sloveniya Respublikasının Baş naziri Borut Pahor ilə görüşmüşdür
Text size
10 iyun 2011, 15:00
Prezident İlham Əliyev Sloveniya Respublikasının Baş naziri Borut Pahor ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı çərçivəsində önəmi vurğulandı.
Prezident İlham Əliyevin Sloveniyaya səfərinin ölkələrimiz arasında iqtisadiyyatın konkret sahələrinin perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilən görüşdə Azərbaycan-Sloveniya biznes forumunun əhəmiyyəti vurğulandı.