logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya

Text size icon-size icon-size

09 iyun 2011, 18:00

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. 

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı mövcud münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 may 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi