logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

Text size icon-size icon-size

27 iyun 2017, 15:40

Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə abidənin yerləşdiyi əraziyə gəldi.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Dövlətimizin başçısı “Əbədi məşəl”in önünə əklil qoydu, xatirə kitabına ürək sözlərini yazdı.

Süvari dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi