logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Polşaya rəsmi səfərə gəlib

Text size icon-size icon-size

26 iyun 2017, 20:00

Prezident İlham Əliyev Polşa Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi