Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanunu
08 iyun 2011, 16:35
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası gəlirlər 11403031,6 min manat, xərclər 11765920,9 min manat məbləğində olmaqla təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra
№-si
|
Göstəricilər
|
Məbləğ (manatla)
|
|
Gəlirlər
|
11 403 031 636 |
1. |
Fiziki şəxslərin gəlir vergisi |
590 248 810 |
2. |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
1 429 856 819 |
3. |
Əlavə dəyər vergisi |
2 082 472 396 |
3.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi |
810 957 251 |
4. |
Aksiz |
514 912 354 |
4.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz |
62 884 956 |
5. |
Hüquqi şəxslərin əmlak vergisi |
101 813 167 |
6. |
Hüquqi şəxslərin torpaq vergisi |
35 308 912 |
7. |
Yol vergisi |
24 819 309 |
7.1. |
xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi |
9 631 250 |
8. |
Mədən vergisi |
130 074 370 |
9. |
Sadələşdirilmiş vergi |
65 499 774 |
10. |
Gömrük rüsumları |
218 254 067 |
11. |
Dövlət rüsumu |
89 776 929 |
12. |
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar |
5 148 747 |
13. |
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar |
5 371 522 |
14. |
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar |
71 452 015 |
15. |
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar |
430 845 |
16. |
Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər |
176 666 |
17. |
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar |
28 209 083 |
18. |
Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər |
- |
19. |
Dövlət Neft Fondundan daxilolmalar |
5 915 000 000 |
20. |
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar |
2 036 200 |
21. |
Müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar |
2 989 900 |
22. |
Aksiz markaların satışından daxilolmalar |
3 257 991 |
23. |
Sair gəlirlər |
85 921 760 |
23.1. |
cərimələr və sanksiyalar üzrə daxilolmalar |
33 056 206 |
23.2. |
beynəlxalq təşkilatlardan daxil olan qrantlar |
3 108 000 |
23.3. |
müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın satışından daxilolmalar |
2 139 439 |
23.4. |
sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar |
2 121 361 |
23.5. |
manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc |
582 242 |
23.6. |
digər sair gəlirlər |
44 914 512 |
|
Xərclər
|
11 765 920 936 |
1. |
Ümumi dövlət xidmətləri |
794 247 915 |
1.1. |
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri |
303 018 493 |
1.2. |
beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri |
26 698 717 |
1.3. |
elm xərcləri |
92 824 845 |
1.4. |
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri |
44 959 743 |
1.5. |
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər |
91 748 832 |
1.6. |
yerli (bələdiyyə) büdcələrə verilən dotasiya |
3 497 285 |
1.7. |
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya |
231 500 000 |
2. |
Müdafiə |
1 185 241 510 |
2.1. |
müdafiə qüvvələri |
1 099 645 729 |
2.2. |
milli təhlükəsizlik |
81 513 518 |
2.3. |
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar |
1 993 570 |
2.4. |
digər kateqoriyalara aid edilməyən xərclər |
2 088 693 |
3. |
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq |
668 487 826 |
3.1. |
məhkəmə hakimiyyəti |
29 300 439 |
3.2. |
hüquq-mühafizə |
599 115 270 |
3.3. |
prokurorluq |
39 783 687 |
3.4. |
digər kateqoriyalara aid edilməyən xərclər |
288 430 |
4. |
Təhsil |
1 180 790 743 |
4.1. |
məktəbəqədər və ibtidai təhsil |
88 571 035 |
4.2. |
natamam və orta təhsil |
684 751 842 |
4.3. |
internat və xüsusi məktəblər |
46 353 188 |
4.4. |
texniki-peşə məktəbləri və liseylər |
62 574 625 |
4.5. |
ali təhsil |
131 967 785 |
4.6. |
təhsil sahəsində tətbiqi tədqiqatlar |
4 111 365 |
4.7. |
təhsil sahəsində digər xidmətlər |
162 460 903 |
5. |
Səhiyyə |
429 161 320 |
5.1. |
poliklinikalar və ambulatoriyalar |
75 860 231 |
5.2. |
xəstəxanalar |
234 738 059 |
5.3. |
səhiyyə sahəsində digər xidmətlər |
4 426 950 |
5.4. |
səhiyyə sahəsində tətbiqi tədqiqatlar |
2 960 195 |
5.5. |
səhiyyə sahəsinə aid edilən digər xidmətlər |
111 175 885 |
6. |
Sosial müdafiə və sosial təminat |
1 122 976 247 |
6.1. |
sosial müdafiə xərcləri |
1 108 037 218 |
6.1.1. |
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) |
566 704 800 |
6.2. |
sosial təminat xərcləri |
14 939 029 |
7. |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət |
168 378 082 |
7.1. |
mədəniyyət və incəsənət sahəsində fəaliyyət |
94 949 614 |
7.2. |
radio, televiziya və nəşriyyat |
47 313 788 |
7.3. |
bədən tərbiyəsi, gənclər siyasəti və turizm |
23 196 184 |
7.4. |
digər kateqoriyalara aid edilməyən fəaliyyət |
2 918 496 |
8. |
Mənzil və kommunal təsərrüfatı |
199 864 310 |
8.1. |
mənzil təsərrüfatı |
16 791 347 |
8.2. |
kommunal təsərrüfatı |
179 582 510 |
8.3. |
su təsərrüfatı |
3 054 066 |
8.4. |
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər |
436 387 |
9. |
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi |
372 052 881 |
9.1. |
kənd təsərrüfatı |
352 893 947 |
9.2. |
meşə təsərrüfatı |
8 770 332 |
9.3. |
balıqçılıq və ovçuluq |
1 703 246 |
9.4. |
ətraf mühitin mühafizəsi |
2 833 244 |
9.5. |
hidrometeorologiya tədbirləri |
5 852 112 |
10. |
Sənaye, tikinti və faydalı qazıntılar |
4 146 948 340 |
10.1. |
tikinti |
4 133 675 564 |
10.1.1. |
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) |
4 132 369 741 |
10.2. |
faydalı qazıntılar |
13 272 776 |
11. |
Nəqliyyat və rabitə |
55 130 240 |
11.1. |
nəqliyyat |
52 416 538 |
11.2. |
rabitə |
2 713 702 |
12. |
İqtisadi fəaliyyət |
115 948 706 |
12.1. |
iqtisadi və kommersiya fəaliyyəti |
34 999 964 |
12.2. |
iqtisadi fəaliyyətin digər sahələri |
14 000 000 |
12.3. |
çoxsahəli inkişaf layihələri |
66 948 742 |
13. |
Əsas bölmələrə aid edilməyən xidmətlər |
1 326 692 816 |
13.1. |
məqsədli büdcə fondları |
267 099 862 |
13.1.1. |
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu |
169 999 862 |
13.1.2. |
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” |
97 100 000 |
13.2. |
ehtiyat fondları |
607 732 961 |
13.2.1. |
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu |
159 480 185 |
13.2.2. |
Dövlət büdcəsinin ehtiyat fondu |
448 252 776 |
13.3. |
əsas bölmələrə aid edilməyən sair xərclər |
451 859 993 |
14. |
Büdcə kəsiri |
362 889 300 |
15. |
2011-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı |
703 400 |
Maddə 3. 2010-cu il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2011-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2011-ci il