İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin təkbətək görüşü olmuşdur
Text size
08 iyun 2011, 15:00
Prezident İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.