İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür
Text size
17 iyun 2010, 20:10
Prezident İlham Əliyev Sankt-Peterburqda onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
X X X
Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.