Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


16 iyun 2017, 18:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1261 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu”na əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri |
||
Mikayıl Cabbarov |
- |
Azərbaycan Respublikasının təhsil naziri |
Komissiyanın üzvləri: |
||
Xələf Xələfov |
- |
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini |
Sahil Babayev |
- |
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini |
Yəhya Musayev |
- |
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini |
Gülməmməd Cavadov |
- |
Azərbaycan Respublikası energetika nazirinin müavini |
Seyfəddin Talıbov |
- |
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini |
Rauf Hacıyev |
- |
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini |
Elsevər Ağayev |
- |
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini |
Ədalət Vəliyev |
- |
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini |
Şahin Bağırov |
- |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini |
Niyazi Rəhimov |
- |
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini |
Ramin Məmmədov |
- |
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini |
Arif Məmmədov |
- |
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru |
Ziya Əliyev |
- |
Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru |
İbrahim Quliyev |
- |
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti |
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2017-ci il.