İlham Əliyev Serbiyaya rəsmi səfərə yola düşmüşdür
Text size
08 iyun 2011, 10:20
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə yola düşmüşdür.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
XXX
Prezident İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlmişdir.
Belqradın “Nikola Tesla” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.