Aydın Teymurov və başqalarından, Tərtər, Azərbaycan
12 iyun 2017, 17:00
Möhtərəm cənab Prezident,
Milli Qurtuluş Günü ərəfəsində Sizin Sərəncamınızla kəndimizdə qazılmış 2 subartezian quyusunun açılışı oldu. Bu, biz kənd əməkçilərini ürəkdən sevindirdi. Çünki üzdəniraq qonşularımız Sərsəng su anbarlarından gələn suyun qarşısını kəsir və buna görə də əkin sahələrimizi vaxtlı-vaxtında suvara bilmirdik. Su həyat deməkdir. Harada su varsa, məhsul bolluğu, ruzi-bərəkət var.
Cənab Prezident, biz kənd əməkçilərini düşündüyünüzə, əkin-biçinimiz üçün yaratdığınız gözəl şəraitə və kəndimizdə qazılan subartezian quyularına görə Sarcalı kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı diləyirik.
Hörmətlə,
Teymurov Aydın
Mehdiyev Mahir
Babayev Cankişi
Səfərov Nazim
Səfərov Bayram
Əliyeva Kəklik.
Azərbaycan Respublikası, Tərtər rayonu, Sarcalı kəndi.