Zöhrab Süleymandan, Sumqayıt, Azərbaycan
12 iyun 2017, 14:35
Hörmətli cənab Prezident,
Ötən ay dünyanın, o cümlədən Qafqazın ən yaxşı kampuslarından biri olan Bakı Ali Neft Məktəbinin yeni və əzəmətli kampusu Sizin iştirakınızla istifadəyə verildi. Bu hadisə Ali Neft Məktəbinin bir əməkdaşı olaraq mənim, professor-müəllim heyətinin, həmçinin tələbələrin böyük sevincinə səbəb oldu. Hər birimiz qürur duyuruq ki, dünyanın aparıcı universitet kampusları ilə müqayisə oluna biləcək müasir tipli böyük bir şəhərciyimiz var.
Sizin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarınız bu gün öz təsdiqini tapmaqdadır. Bakı Ali Neft Məktəbinin işçi heyəti Sizin etimadınızı layiqincə doğrultmağı öz fəaliyyətinin əsas prioriteti hesab edir. Ölkəmizə ləyaqətli və vətənpərvər gənclər yetişdirmək əsas amalımız və məqsədimizdir. Çox sağ olun ki, bu şərəfli yolda bizimləsiniz. Biz də Vətənimizə və Sizə hər zaman sadiq olacağıq.
Hörmətlə,
Süleyman Zöhrab Elçin oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.