Malayziyanın XV Ali Başçısı Sultan Muhammaddan
Text size
05 iyun 2017, 18:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə, birinci xanıma və Azərbaycan xalqına Malayziya Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi çatdırırıq.
Ümidvarıq ki, Azərbaycan Respublikası Zati-alinizin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcəkdir.
Hörmətlə,
Sultan Muhammad V
Malayziyanın XV Ali Başçısı