2011-ci il martın 21-də Abu-Dabi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
07 iyun 2011, 20:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il martın 21-də Abu-Dabi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il.