Əfsər İmanovdan, Yardımlı, Azərbaycan
Text size
02 iyun 2017, 15:00
Möhtərəm cənab Prezident,
Siz xalqımız üçün gördüyünüz işlərlə sübut edirsiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Sizin üçün insan amilindən yüksək bir amal yoxdur. Məhz Sizin tapşırığınızla Honuba-Şıxlar kəndində yeni, hər cür şəraitə malik tibb məntəqəsi tikildi və mayın 26-da onun təntənəli açılışı oldu.
İnanırıq ki, bundan sonra əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi daha da yaxşılaşacaq. Bizə göstərdiyiniz diqqətinizə görə Honuba-Şıxlar və Zeynələzir kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
İmanov Əfsər Tehran oğlu,
Yardımlı Rayon Zeynələzir Kənd Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Yardımlı rayonu.