Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən
Text size
07 iyun 2011, 18:30
Zati-aliləri,
Azərbaycanın Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Əminəm ki, yüksək səviyyədə mövcud olan əməkdaşlıq xalqlarımıza rifah gətirəcək, qardaşlıq əlaqələrimizi gələcəkdə daha da möhkəmləndirəcəkdir.
Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzu edirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Asif Əli Zərdari
Pakistan İslam Respublikasının Prezidenti