San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavolidən və Vanessa D`Ambrosiodan
Text size
30 may 2017, 14:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi, Sizə möhkəm cansağlığı, dost Azərbaycan Respublikasının xalqına rifah, inkişaf və firavanlıq arzularımızı yetirmək istərdik.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Hörmətlə,
Mimma Zavoli,
Vanessa D`Ambrosio
San-Marino Respublikasının Kapitan-Regentləri