Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan
27 may 2017, 12:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi 28 may - Respublika Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirik.
Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk parlamentli respublikanın qurulması Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, bütün türk dünyasının tarixinə əlamətdar və qürurverici hadisə kimi həkk olunmuşdur. Sizin rəhbərliyiniz altında uğurla həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, onun beynəlxalq aləmdə nüfuzu getdikcə artır.
Türkdilli dövlətlər arasında inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində hərtərəfli dəstəyinizə görə minnətdarlığımızı bildirərək Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirik.
Dərin hörmətlə,
Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti