“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Text size
26 may 2017, 10:30
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 169; 2002, № 5, maddə 237; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 6, maddə 398; 2007, № 11, maddə 1048; 2015, № 10, maddə 1098; 2016, № 11, maddə 1750) 12-ci maddəsinin dördüncü hissəsində “Meliorasiya və irriqasiya üzrə müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il.