logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovdan

Text size icon-size icon-size

25 may 2017, 17:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan quruculuq və xalqın rifahının möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Respublikanızın konstruktiv, müstəqil xarici siyasət kursu beynəlxalq və regional arenada ölkənizin nüfuzunun hərtərəfli möhkəmlənməsinə fəal kömək edir.

Bu yaxınlarda Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi, habelə təşkilatda sədrlik edən Qazaxıstan Respublikasının rəhbərliyi adından bu il iyunun 8-9-da Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etməyə dəvət olunmağınız buna sübutdur. Sammitin gedişində təşkilatın daha da genişlənməsinə, regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, ŞƏT məkanında çoxprofilli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş tarixi qərarlar qəbul ediləcək.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, dost Azərbaycanın bütün vətəndaşlarına əmin-amanlıq və firavanlıq diləyim.

Dərin hörmətlə,

Rəşid Alimov

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi