logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İraq Respublikasının Prezidenti Cəlal Tələbanidən

Text size icon-size icon-size

04 iyun 2011, 17:00

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.

Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi göndərirəm.

Bu fürsətdən istifadə edərək cənabınıza iki ölkə arasındakı əlaqələrin İraq və Azərbaycan xalqlarının rifahı naminə daha da genişlənməsinə və inkişafına İraq Respublikasının rəğbətlə yanaşdığını bir daha bildirirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.
Dərin hörmətlə,

Cəlal Tələbani
İraq Respublikasının Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi