Firəngiz Əlizadədən, Bakı, Azərbaycan
25 may 2017, 13:30
Möhtərəm cənab Prezident,
Azərbaycan mədəniyyətinin və milli dəyərlərimizin qoruyucusu və hamisi olaraq Siz milli musiqimizin dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edilməsi üçün hər zaman bəstəkarlarımıza və musiqiçilərimizə dəstək olursunuz. Xüsusilə, 2009-cu il 1 sentyabr tarixində Azərbaycan Bəstəkarlar İttifaqının binasının Sərəncamınız əsasında yenidən təmir edildikdən sonra təntənəli açılış mərasimində Sizin ailə üzvlərinizlə birgə iştirakınız və dolğun çıxışınız bizim yaddaşımızda unudulmaz təəssüratlar yaratmışdır.
Möhtərəm cənab Prezident, Sizin Sərəncamınız əsasında dövlətimizin ən nüfuzlu mükafatlarından biri - “Şərəf” ordeni ilə təltif edilməyim münasibəti ilə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bu mükafatı bütün Azərbaycan Bəstəkarlar İttifaqına verilmiş yüksək qiymət kimi dəyərləndirirəm. Sizin bu böyük diqqət və qayğınız Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvlərini daim ruhlandıraraq, onları daha da məhsuldar işləməyə, yeni-yeni gözəl əsərlər yaratmağa sövq edir.
Sizə möhkəm cansağlığı, uzun ömür, çox gərgin və şərəfli işinizdə daim inkişaf edən ölkəmizin xoşbəxt gələcəyi naminə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
Firəngiz Əlizadə
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri