logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Latviya Respublikasının Prezidenti Valdis Zatlersdan

Text size icon-size icon-size

03 iyun 2011, 16:20

Zati-aliləri,

Azərbaycan Respublikasının Milli bayramı 28 May – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi və sülh arzu edirəm.

Latviya ilə Azərbaycan arasında həqiqi dostluq, eyni zamanda, konstruktiv əlaqələrin mövcudluğunu qeyd etmək olduqca xoşdur. Əmin olduğumu bildirirəm ki, hazırda çox sıx olan əməkdaşlığımızın bundan sonrakı inkişafı ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edəcək və yaxın illərdə də buna şərait yaradacağıq.

Zati-aliləri, icazə verin, Azərbaycan xalqına ən xoş arzularla əmin-amanlıq diləyim, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim.

Hörmətlə Sizin,

Valdis Zatlers
Latviya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi