logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə

Text size icon-size icon-size

11 iyun 2010, 15:19

Hörmətli Dmitri Anatolyeviç,

Dövlət bayramı – Rusiya Günü münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm.

Dost Rusiya iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi üzrə genişmiqyaslı proqramları uğurla həyata keçirir. Ölkənin beynəlxalq birlikdə nüfuzu artır, mövqeləri möhkəmlənir.

Azərbaycan ilə Rusiya arasında etimad, qarşılıqlı dəstək prinsiplərinə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dərin tarixi kökləri vardır. Əminəm ki, bu xeyirxah ənənələr, dövlətlərarası münasibətlərimiz, hərtərəfli əməkdaşlıq xalqlarımızın mənafeyi, Qafqazda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, bütün Rusiya xalqına firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyun 2010-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi