logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasonedən

Text size icon-size icon-size

03 iyun 2011, 16:00

Zati-aliləri,

Azərbaycan Respublikasının yaradılması gününün qeyd olunması münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və öz adımdan ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mən inanıram ki, Laos Xalq Demokratik Respublikası və Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də xalqlarımızın mənafeyi, dünyada sülhün və əməkdaşlığın inkişafı naminə genişləndiriləcəkdir.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Çoummali Sayasone
Laos Xalq Demokratik Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi