logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kambocanın Kralı Norodom Siamonidən

Text size icon-size icon-size

02 iyun 2011, 16:30

Cənab Prezident,

Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına çatdırdığım səmimi təbriklərə Kamboca Hökuməti və xalqı da qoşulur. Həmçinin Sizə cansağlığı, Azərbaycan xalqına rifah diləyir, ən xoş arzularımızı bildiririk. 

Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmlənəcəyinə inanıram. 

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm. 

Norodom Siamoni
Kambocanın Kralı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi