Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Text size


15 may 2017, 19:23
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin 2016-cı il oktyabrın 22-də Bakı şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il.