logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus

Text size icon-size icon-size

01 iyun 2011, 16:30

Zati-aliləri,

Ölkənizin Milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bir neçə gün əvvəl Bakıda keçirdiyimiz səmimi görüşü, açıq və səmərəli müzakirəni xatırlayaraq Sizi bir daha əmin etmək istərdim ki, Çexiya Respublikası ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.

Çexiya Respublikası Azərbaycanı olduqca vacib tərəfdaş hesab edir, ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin gələcək inkişafı ilə yanaşı, qarşılıqlı əlverişli münasibətlərin və siyasi dialoqun uğurla davam etdirilməsini istəyir. Mən əminəm ki, ölkələrimiz və xalqlarımız arasında səmərəli əməkdaşlıq üçün gələcəkdə daha çox imkanlar olacaqdır.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Vatslav Klaus
Çexiya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi