Sloveniya Respublikasının Prezidenti Danilo Türkdən
01 iyun 2011, 16:45
Zati-aliləri,
İcazə verin, Sloveniya xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim, ölkənizə hərtərəfli inkişaf və rifah arzu edim.
Bu münasibətlə 2011-ci il iyun ayının 9-10-da Sloveniya Respublikasına rəsmi səfərinizi səbirsizliklə gözlədiyimi də qeyd etmək istərdim. İcazə verin, Sloveniyada olacağınız dövrdə aparacağımız danışıqların ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə imkan yaradacağına əmin olduğumu bildirim. Sloveniya Respublikası və Azərbaycan Respublikası arasında möhkəmlənən əlaqələr bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə və genişləndirilməsinə, beləliklə də dünyada sülhün, sabitliyin və anlaşmanın möhkəmləndirilməsinə şərait yaradacaqdır.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Danilo Türk
Sloveniya Respublikasının Prezidenti