İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
Text size
04 may 2017, 11:00
Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.
Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı.
Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edildi, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulandı.
Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirildi.