logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İslam İnkişaf Bankı Qrupunun Prezidenti Doktor Əhməd Məhəmməd Əlidən

Text size icon-size icon-size

31 may 2011, 16:30

Zati-aliləri,

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.

Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Bu əlamətdar bayram münasibətilə Allah-Təaladan ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.

Təsisatınız - İslam İnkişaf Bankı Azərbaycan Respublikasından aldığı böyük dəstəyi yüksək dəyərləndirir.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Doktor Əhməd Məhəmməd Əli
İslam İnkişaf Bankı Qrupunun Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi